Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək.
News24.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta