AZ

"Şamaxı"dan daha bir transfer - RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, Ravil Qafarov heyətə cəlb edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bölgə təmsilçisi daha əvvəl Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira, Rikardo Apolinario və Bilal İsmayılovu da transfer edib. 

saytlarin hazirlanmasi

Seçilən
18
2
sportal.az

10Mənbələr