AZ

"Şamaxı" növbəti transferini rəsmiləşdirdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi futbolçu Bilal İsmayılovu heyətinə qatıb. 

21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique  (son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya), Rikardo Apolinarionu (“Uniao Santarem”, Portuqaliya) transfer edib. 

Seçilən
5
2
ikisahil.az

7Mənbələr