AZ

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş Azərbaycan idmançıları ilə növbəti görüş keçirilib

Gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş Azərbaycan idmançıları ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  nazirlikdən bildirilib ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İdmançıların beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir F.Qayıbov Azərbaycan himnimizin iyul ayında 14 ölkədə səsləndiyini vurğulayıb. Ay ərzində qazanılan 55 qızıl, 42 gümüş və 66 bürünc medal münasibətilə idmançıları və onların məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra çıxış edən idmançılar və məşqçilər qatıldıqları yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Atletika, batut gimnastikası, tamblinq, bədii gimnastika, boks, cüdo, suya tullanma, uşu, bilyard, karate, kudo, kyokuşin karate, karate fudokan, şito-ryu karate, savat kombat, savat assault, MMA (peşəkarlar), parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük və alpaqut idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Seçilən
15
7
ikisahil.az

8Mənbələr