AZ

Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılarla görüşüb FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan mərasimdə idmançıların məşqçiləri də iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov Azərbaycan Dövlət Himninin iyul ayında 14 ölkədə səsləndiyini vurğulayıb. Ay ərzində qazanılan 55 qızıl, 42 gümüş və 66 bürünc medal münasibətilə idmançıları və onların məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra çıxış edən idmançılar və məşqçilər qatıldıqları yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Atletika, batut gimnastikası, tamblinq, bədii gimnastika, boks, cüdo, suya tullanma, uşu, bilyard, karate, kudo, kyokuşin karate, karate fudokan, şito-ryu karate, savat kombat, savat assault, MMA (peşəkarlar), parataekvondo, paracüdo, paraatletika, paraüzgüçülük və alpaqut idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
7
icma.az

8Mənbələr