AZ

“Qarabağ”ın Avropa Liqadakı rəqibləri müəyyənləşdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

7Times.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası “Şkendiya”nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-si və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də keçiriləcək.

Seçilən
20
12
7times.az

10Mənbələr