AZ

“Qarabağ” “Şkendiya” səddini keçə bilməsə…

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatma mərasimində dəqiqləşib.

Ağdam klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Maraqlıdır ki, Qurban Qurbanovun komandası “Şkendiya”nı məğlub edəcəyi təqdirdə də eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də baş tutacaq. Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.

Seçilən
5
12
arena.az

10Mənbələr