AZ

Bakının bu çimərliklərində çimmək tövsiyə OLUNMUR

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabatı göstərir ki, paytaxt və ətraf ərazilərdə yerləşən bəzi çimərliklərdə dəniz suyunun təmizliyi qənaətbəxş deyil. Şıx və Pirşağı kimi çimərliklərə çirkab suların axıdılması səbəbindən bu ərazilərdə çimmək tövsiyə olunmur və sağlamlıq baxımından təhlükəli hesab edilir.

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib.

O bildirib ki, təhlükəsizlik və sağlamlıq baxımından dəniz suyunun daha təmiz olduğu əraziləri seçmək məqsədəuyğundur.

“Mən, xüsusilə Bakıdan bir qədər kənarda yerləşən çimərlikləri tövsiyə edərdim. Bu ərazilərdə dənizə çirkab su axını müşahidə olunmur və suyun təmizliyi nisbətən daha yüksək səviyyədə qiymətləndirilir. Düzdür, onların bir qismi rəsmi olaraq çimərlik kimi təsnif olunmasa da, sadəcə dəniz sahili kimi istifadə edilir”.

Ekoloqun sözlərinə görə, Bakının yaxınlığında çimmək üçün daha münasib ərazilərdən biri də Zirə qəsəbəsinə yaxın yerləşən çimərliklərdir:

“Buradakı dəniz suyunun digər ərazilərlə müqayisədə daha az çirkləndiyi müşahidə olunur. Xüsusilə Abşeron Milli Parkına gedən yol üzərində, Zirə kəndini keçdikdən sonra yerləşən sahillər çimərlik üçün daha əlverişli hesab edilir”.

Son olaraq R.Abbasov onu da əlavə edib ki,  Bilgəh və Nardaran istiqamətində yerləşən bəzi çimərliklərdə də suyun təmizliyi qənaətbəxşdir və bu ərazilərdə də çimmək tövsiyə oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
modern.az

4Mənbələr