Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumən 21 müraciət daxil olub.
Yenisabah.az xəbər verir ki, onlardan 5-i qadın, 16-sı kişi olub.
Bu barədə TƏBİB məlumat yayıb. Toyuqlu pizza
11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Eyni zamanda Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı və Sumqayıt üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb. Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.
Telegram kanalımız