RU

TƏBİB suda boğulanların sayını açıqladı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumən 21 müraciət daxil olub.

Yenisabah.az xəbər verir ki, onlardan 5-i qadın, 16-sı kişi olub.

Bu barədə TƏBİB məlumat yayıb. Toyuqlu pizza

11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Eyni zamanda Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı və Sumqayıt üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb. Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Избранный
29
15
yenisabah.az

10Источники