AZ

O kimdir ki, hər şeyi Putin müəyyən edir: Kremldən Tramp-Medvedev münaqişəsinə reaksiya

Rusiyada xarici siyasətə nöqteyi-nəzəri prezident Vladimir Putin formalaşdırdığı üçün onun mövqeyi hər şeydən önəmlidir.

Publika.az xəbər verir ki, bunu brifinq zamanı Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sosial şəbəkələrdə qarşıdurma tonunu şərh edərkən deyib.

O qeyd edib ki, hər bir ölkədə rəhbərlik üzvlərinin dünyada baş verən hadisələrə baxışı, fərqli münasibəti var. Peskov ABŞ və Avropada da çox sərt düşüncəli insanların olduğunu vurğulayıb. Rusiyaya gəlincə, Peskov Putinin sözlərinə və mövqeyinə diqqət yetirməyə çağırıb.

"Ancaq əsas, əlbəttə ki, prezident Putinin mövqeyidir. Bizdə xarici siyasəti dövlət başçısı, yəni Putin formalaşdırır", - Kreml nümayəndəsi bildirib.

Seçilən
34
2
publika.az

4Mənbələr