3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 23-24 avqust Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq. Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.