BAKI, 4 avqust. TELEQRAF
23-24 avqust Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacağı yarışda ümumilikdə 16 komanda iştirak edəcək.
Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.