AZ

MEDİA: Oxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır

"Son dövrlər "News24.az" veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir".

Aznews.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında deyilir.

Qeyd olunub ki, həmin media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir: "Müvafiq veb-sayt bu gün dərc etdiyi "Çörək bahalaşdı" sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən "Dollar kəskin bahalaşdı" başlıqlı xəbər də bu qəbildəndir. ​

Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək "Redaksiya siyasəti və peşə etikası qaydaları"nın kobud şəkildə pozulmasıdır.

Seçilən
33
35
aznews.az

10Mənbələr