Rusiyanın Kamçatka regionunda yerləşən Kraşeninnikov vulkanı püskürüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Vulkan Püskürmələrinə Müdaxilə Qrupu məlumat yayıb.
Qeyd olunub ki, vulkandan qalxan kül buludu 6 kilometrə yüksəlib. Vulkandan çıxan lavanın yaxınlıqdakı buzlağı əritmək riski var.
Kraşeninnikov vulkanı bir neçə əsrdir yatmış hesab edilirdi. Onun sonuncu püskürməsi 468 il əvvəl baş verib. Ehtimal olunur ki, vulkanı regionda son günlər baş vermiş zəlzələlər aktivləşdirib.