AZ

Rusiyada 5 əsr yatmış vulkan oyandı

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Kamçatka regionunda yerləşən Kraşeninnikov vulkanı püskürüb. SİA xəbər verir ki, bu barədə Vulkan Püskürmələrinə Müdaxilə Qrupu məlumat yayıb. Bildirilib ki, vulkandan qalxan kül buludu 6 kilometrə yüksəlib. Vulkandan çıxan lavanın yaxınlıqdakı buzlağı əritmək riski var. Kraşeninnikov vulkanı bir neçə əsrdir yatmış hesab edilirdi. Onun sonuncu püskürməsi 468 il əvvəl baş verib. Ehtimal olunur ki, regionda son günlər baş vermiş zəlzələlər vulkanı aktivləşdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
6
sia.az

7Mənbələr