Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.
Tuapsinsk rayonunda vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən 4 nəfər güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıb və onlar xilasedicilər tərəfindən xilas olunublar.
“Cebheinfo.az”