AZ

Rusiyada daşqın - Küçələri su basdı

Rusiyanın Krasnodar diyarında daşqın olub, suya düşənlər xilas edilib.

 

Manset.az Modern.az-aRusiya KİV-ə istinadən xəbər verir ki, Krasnodar diyarında yağan güclü yağışlar nəticəsində Defan çayının səviyyəsi kəskin qalxıb.

Tuapsinsk rayonunda vəziyyət ağır olaraq qalır. Bu gün səhər Dəfanovka kəndində körpüdən keçən 4 nəfər güclü axın ilə əlaqədar ağaca dırmaşaraq sağ qalmağı bacarıb və onlar xilasedicilər tərəfindən xilas olunublar.

Bu kənddə içərisində 25 nəfər olan sərnişin avtobusu da körpüdən çaya düşüb. “Kuban-SPAS” xilasedicilərinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər xilas edilib.

Olqinka da həyəcan siqnalları verilib. Tu və Kabak çaylarının səviyyəsi kəskin qalxıb. Moldovanovkada küçələri su basıb. Lermontovo kəndində isə qəzalı vəziyyətdə olan körpü tamamilə dağılıb.

Moldovan keçidində sürüşmə səbəbindən nəqliyyat hərəkəti müvəqqəti dayandırılıb, Cübqa yaxınlığında isə əks istiqamətli hərəkət rejimi tətbiq olunub. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, hazırda təhlükəli bölgələrdən uşaq turist qrupları təxliyə olunur.

Seçilən
36
5
manset.az

10Mənbələr