Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
ONN media xəbər verir ki, açılış mərasimində iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd əl-Sulaiti, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir çıxış etdikən sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriblər və bununla da Azərbaycan qazının Suriyaya tədarükünə start verilib.
Nazirlər boru xəttinin üzərinə öz imzalarını atıblar.