Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Publika.az xəbər verir ki, açılış mərasimində iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir çıxış etdikən sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriblər və bununla da Azərbaycan qazının Suriyaya tədarükünə start verilib.
Nazirlər boru xəttinin üzərinə öz imzalarını atıblar.