AZ

Maşının təkəri partladı: Ölən və yaralananlar var – VİDEO

  Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.  


Seçilən
23
4
referans.az

5Mənbələr