Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.
Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.