"İmişli" növbəti transferini reallaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yarımmüdafiəçi Luiz Fernando Silvestr Junioru heyətinə qatıb. Braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İmişli" daha öncə Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail"), Ezekiel Morqan (son klubu "Karvan"), Nikola Karaklayiçi (son klubu "Novi Pazar", Serbiya) transfer edib.