2025-26 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" daha bir futbolçunu heyətinə cəlb edib. 

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Luiz Fernando Silvestre Junior bölgə təmsilçisinə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "İmişli" daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyevi, Ezekiel Morqan, Nikola Karaklayiçi transfer edib.