AZ

“Araz-Naxçıvan”da BU XƏBƏRə görə üzlər gülür!

“Araz-Naxçıvan” Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya” (Kipr) ilə üz-üzə gələcək.

Önəmli oyunlardan əvvəl hər ləsi maraqlandıran sual Patrik Andradenin kiprlilərə qarşı forma geyinib-geyinməyəcəyidir.

“Aris”lə cavab matçının sonlarına yaxın ayağından zərbə alan, hətta ayağı qanayan təcrübəli yarımmüdafiəçinin axsadığı müşahidə olunurdu.

Sual doğuran məqama aydınlıq gətirəndə məlum oldu ki, Patrikin sağlıq durumunda hansısa problem müşahidə olunmur. Növbəti matçın hazırlıqlarında iştirak edəcək.

Narahatedici məqam yorğunluqdur, bu da hamıda var.

“Araz-Naxçıvan”la “Omoniya” arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.

Cavab qarşılaşması avqustun 14-də səfərdə baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
41
49
sportinfo.az

10Mənbələr