AZ

Rüstəm Əhmədzadə dubl etdi, "Sumqayıt" qalib gəldi

"Kəpəz" və "Sumqayıt" arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Matç "Sumqayıt"ın qələbəsi ilə başa çatıb - 2:1.

"Sumqayıt"da yeni transfer Rüstəm Əhmədzadə dubl edib. "Kəpəz"də isə Arzu Atakişiyev fərqlənib.

Yay hazırlıq toplanışında daha əvvəl "Sumqayıt" "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi. "Kəpəz" isə bunadək "Qəbələ" (0:2) və "Şamaxı"ya (1:6) uduzub.

Seçilən
111
49
sportinfo.az

10Mənbələr