AZ

Daha bir şahmatçımız FİDE reytinqini tərk etdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Şəhriyar Məmmədyarovun ötən ayla müqayisədə mövqeyində dəyişiklik baş verməyib. Hazırda 2746 xala malik 40 yaşlı qrossmeyster 11-ci pillədə qərarlaşıb. 2692 xalı olan Teymur Rəcəbov 1 pillə irəliləyərək 37-ci mövqeyə yüksəlib. Mövqeyini dəyişməyən Rauf Məmmədov 2659 xalla 65-ci, Eltac Səfərli 2630 xalla 100-cü yerdədi.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2390 xalla 52-ci pillədə qalıbsa, 5 pillə və 2 xal itiirən Ülviyyə Fətəliyeva 2369 xalla 71-ci, 6 pillə və 6 xal itirən Gövhər Beydullayeva 2365 xalla 74-cü mövqeyə enib. İyul reytinqində 2352 xalla 88-ci yerdə olan Gülnar Məmmədova isə bu dəfə "100-lüy"ü tərk edib.

Qeyd edək ki, ötən ay FİDE reytinqində Xanım Balacayeva mövqeyini itirərək "100-lük"dən kənarda qalmışdı.

Seçilən
11
2
football-plus.az

3Mənbələr