AZ

Azərbaycanın daha bir şahmatçısı FIDE reytinqini tərk etdi

BAKI, 1 avqust. TELEQRAF

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.

Teleqraf xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovun ötən ayla müqayisədə mövqeyində dəyişiklik baş verməyib.

Hazırda 2746 xala malik 40 yaşlı qrossmeyster 11-ci pillədə qərarlaşıb.

2692 xalı olan Teymur Rəcəbov 1 pillə irəliləyərək 37-ci mövqeyə yüksəlib.

Mövqeyini dəyişməyən Rauf Məmmədov 2659 xalla 65-ci, Eltac Səfərli 2630 xalla 100-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2390 xalla 52-ci pillədə qalıbsa, 5 pillə və 2 xal itiirən Ülviyyə Fətəliyeva 2369 xalla 71-ci, 6 pillə və 6 xal itirən Gövhər Beydullayeva 2365 xalla 74-cü mövqeyə enib. İyul reytinqində 2352 xalla 88-ci yerdə olan Gülnar Məmmədova isə bu dəfə "100-lüy"ü tərk edib.

Qeyd edək ki, ötən ay FIDE reytinqində Xanım Balacayeva mövqeyini itirərək "100-lük"dən kənarda qalmışdı.

Seçilən
23
2
teleqraf.com

3Mənbələr