AZ

Pentaqon 2028-ci ildə “Qızıl qübbə”ni sınaqdan keçirməyi planlaşdırır

Pentaqon 2028-ci ildə yeni “Qızıl qübbə” raketdən müdafiə sisteminin ilk sınağını keçirməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, “Qızıl qübbə”nin sınağı ABŞ-da 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər aparılmalıdır.

Mənbələrdən biri jurnalistlərə bildirib ki, “Qızıl qübbə” dünyanın başqa yerlərindən buraxıan raketləri ələ keçirə biləcək.

Başqa bir mənbə isə deyib ki, 2028-ci ilin dördüncü rübündə keçiriləcək sınaq proqramın yalnız birinci mərhələsi olacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
36
herbiand.az

1Mənbələr