Pentaqon 2028-ci ildə yeni “Qızıl qübbə” raketdən müdafiə sisteminin ilk sınağını keçirməyi planlaşdırır.
Herbiand.az bildirir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, “Qızıl qübbə”nin sınağı ABŞ-da 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər aparılmalıdır.
Mənbələrdən biri jurnalistlərə bildirib ki, “Qızıl qübbə” dünyanın başqa yerlərindən buraxıan raketləri ələ keçirə biləcək.
Başqa bir mənbə isə deyib ki, 2028-ci ilin dördüncü rübündə keçiriləcək sınaq proqramın yalnız birinci mərhələsi olacaq.
Bəxtiyar CƏFƏRLİ