Ukraynadakı münaqişənin həll ilə bağlı 2024-cü ilin iyununda səsləndirdiyim şərtlər dəyişməz qalır.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Rusiya dövlət başçısı Vladimir Putin deyib.

Bundan başqa, Ukraynadakı hərbi əməliyyatların məqsədləri barədə də danışıb.

Rusiya lideri vurğulayıb ki, əsas hədəf bu ölkədəki böhranın aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təminatıdır.

Vladimir Putin şəxsən özünün Ukraynada uzunmüddətli sülhün tərəfdarı olduğunu bəyan edib. Onun toxunduğu daha bir məsələ Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı olub.

Kremlin rəhbəri bu məsələnin ümumilikdə Avropanın təhlükəsizliyi kontekstində həll edilməli olduğunu da söyləyib.

Leqal.info