Ukraynadakı münaqişənin həll ilə bağlı 2024-cü ilin iyununda səsləndirdiyim şərtlər dəyişməz qalır.
Bakues.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Rusiyanın dövlət başçısı Vladimir Putin deyib.
O həmçinin Ukraynadakı hərbi əməliyyatların məqsədləri barədə də danışıb.
Rusiya lideri vurğulayıb ki, əsas hədəf bu ölkədəki böhranın aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təminatıdır.
Vladimir Putin şəxsən özünün Ukraynada uzunmüddətli sülhün tərəfdarı olduğunu bəyan edib. Onun toxunduğu daha bir məsələ Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı olub.
Kremlin rəhbəri bu məsələnin ümumilikdə Avropanın təhlükəsizliyi kontekstində həll edilməli olduğunu da söyləyib.