AZ

Rusiyanın iki təxribatı ifşa olundu: Xankəndidə ermənilərə o “jesti” kim edib? – İnanılmaz FAKT

Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan TASS-ın son günlərdə Azərbaycana qarşı apardığı informasiya siyasəti ciddi narahatlıq doğurub. Agentlik son olaraq Xankəndini “Stepanakert” adlandırıb və Azərbaycanı orada erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünü sökməkdə ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verərək sözügedən büstün rəsmi Bakının icazəsi olmadam rus sülhməramlıları tərəfindən quraşdırıldığını açıqladı. XİN həmçinin Kremlə yaxın dairələrin “Azərbaycanda rus mədəniyyəti məhv edilir” iddialarına əsaslı şəkildə cavab verərək anti-təbliğata nöqtə qoydu.

Maraqlıdır ki, bu məsələ məhz TASS-ın keçmiş direktor müavini Mixail Qusmanın agentliyin rəhbərliyindən uzaqlaşdırılmasından sonra baş verir. Nəticədə təşkilatın ermənipərəst ritorikasının daha da gücləndiyi müşahidə olunur. Bu proses TASS-ın obyektiv informasiya mənbəyi kimi nüfuzuna ciddi xələl gətirməklə yanaşı, Moskva-Bakı münasibətlərinə də mənfi təsir göstərə bilər.

Bəs bu dəyişikliklər nə ilə bağlıdır və Kremlin informasiya müharibəsinin hədəfi nədir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyanın isterikası hələ bir müddət davam edəcək:

“Son 7 ayda Rusiyanın Azərbaycana qarşı sərgilədiyi mövqe göstərir ki, bu ölkə etibarlı tərəfdaş deyil. Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyətinə dair bəyannamənin onlar üçün əslində heç bir əhəmiyyəti yoxdur. Kremlin davranışı aydın şəkildə maraqlarına uyğun gəldikdə istənilən addımı atmağa hazır olduğunu bir daha sübut edir. Bu, isə gözlənilən idi. Hər zaman qeyd olunurdu ki, Rusiya Ukraynada məqsədlərinə çatdıqdan sonra növbəti hədəfi Azərbaycan olacaq.

Qusmanın vəzifəsindən uzaqlaşdırılmasından sonra baş verən hadisələrin bununla əlaqəli olduğunu düşünmək isə düzgün deyil. Çünki o, vəzifədə olsun və ya olmasın, hazırkı proses artıq Kremlin dövlət siyasətinə çevrilib. Rusiya kimi avtoritar idarəetmə sisteminə malik olan ölkədə media da daxil olmaqla bütün ictimai-siyasi həyat total nəzarət altındadır. Belə bir rejimdə heç bir media qurumu dövlətin iradəsinə qarşı çıxacaq gücə malik deyil”.

Seçilən
65
2
editor.az

3Mənbələr