AZ

Tom Barrak: Azərbaycan qazının Suriyaya nəql olunması humanitar yardım və sabitlik istiqamətində təsirli addımdır  

ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Azərbaycan qazının Suriyaya nəql olunmasını humanitar yardım və sabitlik istiqamətində təsirli addım kimi dəyərləndirib.

AZƏRTAC Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Tom Barak Qətərə qazın nəqli üçün ayırdığı maliyyə yardımına görə təşəkkür edib və bunu dostluğun bariz nümunəsi adlandırıb.

"Suriya üçün həyati əhəmiyyət daşıyan təbii qazın nəqlini maliyyələşdirən Qətərə təşəkkür edirəm. Avqustun 2-dən etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq Azərbaycan qazı Suriyada 800 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu, 5 milyon evin enerji ilə təmin olunması deməkdir” - deyə ABŞ-ın Türkiyə səfiri bildirib.

Qeyd edək ki, avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı başlayacaq, bununla bağlı tədbir olacaq. Bu, Azərbaycan Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə edir.

Seçilən
10
5
azerbaijan-news.az

6Mənbələr