AZ

Azərbaycan qazının Suriyaya nəqli... - Amerikalı diplomat

ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Azərbaycan qazının Suriyaya nəql olunmasını humanitar yardım və sabitlik istiqamətində təsirli addım kimi dəyərləndirib.

Modern.az Suriyanın SANA agentliyinə istinadən xəbər verir ki, Tom Barak Qətərə qazın nəqli üçün ayırdığı maliyyə yardımına görə təşəkkür edib və bunu dostluğun bariz nümunəsi adlandırıb.

"Suriya üçün həyati əhəmiyyət daşıyan təbii qazın nəqlini maliyyələşdirən Qətərə təşəkkür edirəm. Avqustun 2-dən etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq Azərbaycan qazı Suriyada 800 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu, 5 milyon evin enerji ilə təmin olunması deməkdir" - deyə ABŞ-ın Türkiyə səfiri bildirib.

Seçilən
13
5
modern.az

6Mənbələr