Birinci yarımil ərzində 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 328,7 milyon manat vəsait istifadə edilib.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla yanaşı, dövlət istiqrazları üzrə ümumilikdə 2 milyard 910,4 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib. Qeyd olunan vəsaitin 1 milyard 515 milyon manat məbləğində hissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1 milyard 430 milyon manat məbləğində hissəsi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsi, 85 milyon manat məbləğində hissəsi isə uzunmüddətli dövlət istiqrazlarının emissiyası hesabına təmin edilib, 1 milyard 395,4 milyon manat məbləğində əsas borc ödənişləri isə dövlət büdcəsinin vəsaiti hesabına investorlara geri ödənilib.