AZ

Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabadda ağır yol qəzası baş verib, nəticədə bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Xezerxeber.az-a bildirilib ki, avqustun 1-də saat 7 radələrində N.Abbasov idarə etdiyi "QAZ 53" markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.

Seçilən
32
3
xezerxeber.az

6Mənbələr