AZ

Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Cəlilabadda yol qəzasında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, avqustun 1-də saat 7 radələrində N.Abbasov idarə etdiyi "QAZ 53" markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.

***

08.59

Cəlilabadda baş verən qəzada ölən var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 53" markalı avtomobil aşıb.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda Cəlilabadda Cəlilabadda Cəlilabadda Cəlilabadda
Seçilən
59
1
apa.az

6Mənbələr