AZ

Azərbaycan–Macarıstan iqtisadi əməkdaşlıq komissiyasının iclasına hazırlıq müzakirə olundu

Maliyyə naziri, Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Tormanı qəbul edib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu xüsusda iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə verdiyi töhfə qeyd olunub.

Eyni zamanda, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.
 

Görüş zamanı cari ilin sentyabr ayında Budapeştdə keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasına hazırlıq məsələləri də müzakirə olunub.


Nazir Sahil Babayev komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspor və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.

Səfir Tamaş Yojef Torman Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələrimiz arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.

Bizim.Media

Seçilən
96
13
bizim.media

10Mənbələr