AZ

Azərbaycan və Macarıstan bu məsələləri müzakirə etdi

Bu ilin sentyabr ayında Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə maliyyə naziri, Komissiyanın həmsədri Sahil Babayevin Macarıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı ilə keçirdiyi görüşdə bildirilib. Görüş zamanı Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub.

S. Babayev Komissiyanın növbəti iclasının Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə iki ölkənin ticarət, biznes və investisiya, energetika, əmək, məşğulluq və sosial müdafiə, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, qida təhlükəsizliyi, şəhərsalma, su ehtiyatlarının idarə edilməsi, diaspora və digər sahələrdə genişləndirilməsi baxımından məhsuldar olacağına əminliyini ifadə edib.

Səfir Macarıstanın Azərbaycanla dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığını vurğulayıb, ölkələr arasında əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib.

Seçilən
112
13
publika.az

10Mənbələr