AZ

Ukrayna BMT TŞ-nin fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib

Kiyev BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa bildirib.

“Ukrayna BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Gündəliyin “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” bəndi üzrə iclas sabah (bu gün-red), avqustun 1-də baş tutacaq”, - Xarici İşlər Nazirliyinin teleqram kanalında yayılan məlumatda deyilir.

Ukrayna tərəfinin fikrincə, Rusiya sülh səylərini rədd edir və münaqişəni uzatmağa çalışır.

Seçilən
55
50
report.az

10Mənbələr