Rusiya BMT Təhlükəsizlik Şurasının iyulun 31-də keçirilməsini xahiş edib və orada İstanbulda Rusiya-Ukrayna danışıqlarını pozmaq cəhdlərini müzakirə etməyi təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
O qeyd edib ki, Qərb İstanbuldakı danışıqları pozmağa cəhd edib:
“Orada biz Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarının axtarışına xələl gətirən hərəkətlərin, o cümlədən İstanbulda Rusiya-Ukrayna danışıqlar yolunu pozmaq cəhdlərinin müzakirəsinə diqqəti cəmləməyi təklif edirik".