Ukrayna Prezidenti Volodimir Zelenski parlamentin qəbul etdiyi və iki əsas antikorrupsiya qurumu Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAPO) müstəqilliyini bərpa edən qanunu imzalayıb.Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, sozügedən qanun bir həftə əvvəl qəbul edilən və bu qurumların müstəqil fəaliyyətinə ciddi müdaxilə edən qanunu ləğv edir. Yeni qanun layihəsi parlamentdə canlı yayımda keçirilən iclasda 331 deputatın səsi ilə qəbul olunub və əleyhinə səs verən olmayıb. Zelenski bildirib ki, bu qanun antikorrupsiya orqanlarının və hüquq-mühafizə sisteminin müstəqil fəaliyyətini təmin edir 22 İyulda qəbul edilən əvvəlki qanun layihəsi beynəlxalq tərəfdaşların və ictimaiyyətin kəskin narazılığına səbəb olub, Kiyevdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Avropa Komissiyası və Aİ rəsmiləri bu dəyişikliklərin Ukraynanın Aİ-yə inteqrasiya prosesinə mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər.Yeni qanun Aİ tərəfindən müsbət qarşılanıb və Ukraynanın islahatlara sadiqliyinin göstəricisi kimi qiymətləndirilib.