AZ

Bakıdan ən çox bu ölkələrə səyahət edilib - SİYAHI

2025-ci ilin iyun və iyul ayının ilk yarısında Bakıdan beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin ən çox Türkiyəyə üz tutub.

Modern.az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sözügedən dövr ərzində Azərbaycan vətəndaşlarının və ölkədən uçan digər sərnişinlərin yay aylarında ən çox üz tutduğu ölkələr sırasına Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qazaxıstan daxildir. Bu ölkələrə ümumilikdə 470 min 425 nəfər səyahət edib.

Ən çox sərnişin Türkiyəyə səfər edib – 286 min 946 nəfər. Bu ölkəyə həm turizm, həm müalicə, həm də ailəvi səfərlər geniş yayılıb. Türkiyəni isə Birləşmiş Ərəb Əmirlikləri izləyir, bu ölkəyə 45 gün ərzində 79 min 93 nəfər uçub. 

Gürcüstana səfər edənlərin sayı isə 63 min 567 nəfər olmaqla ən çox səyahət edilən üçüncü ölkə olub.  Bu istiqamət, xüsusilə Tbilisi və Batumi şəhərlərinə yönəlik istirahət və qısamüddətli səfərlər baxımından populyarlığını qoruyur.

Siyahını Qazaxıstan tamamlayır. Belə ki, iyul və iyul ayının ilk 15 günündə 40 min 819 sərnişin bu ölkəyə yola düşüb. Qazaxıstanla son illərdə artan iqtisadi və mədəni əlaqələr bu istiqamətə marağı artıran əsas amillər sırasındadır.
 

Seçilən
43
1
modern.az

9Mənbələr