AZ

Vitali Kliçko Kiyevdə zərər görən yaşayış binasının görüntülərini yaydı - VİDEO

Kiyevdə rusların gecə hücumu nəticəsində 9 uşaq xəsarət alıb. Bu, müharibənin əvvəlindən bəri paytaxtda bir gecədə yaralanan uşaqların ən yüksək sayıdır.

Bizim.Media xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

Kliçko Solomyanskiy rayonunda raket və dron hücumları nəticəsində ağır zərər görmüş yaşayış binasının görüntülərini də ictimaiyyətlə bölüşüb.

Kadrlarda binanın bir girişinin tamamilə dağıldığı, şüşələrin qırıldığı, yanğın izlərinin olduğu və xilasetmə işlərinin davam etdiyi görünür.

Mer bildirib ki, təhlükəsizlik və xilasetmə qüvvələri hadisə yerində fasiləsiz olaraq işləyirlər. Yaralanan uşaqlara və digər zərərçəkmiş sakinlərə tibbi yardım göstərilir.

Kliçko həmçinin beynəlxalq ictimaiyyəti Rusiyanın mülki əhalini hədəf alan hücumlarına qarşı sərt reaksiya verməyə çağırıb.


Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr