Özbəkistanın Səmərqənd vilayətində 35 yaşlı müğənni Zeboyi Jahon əri tərəfindən öldürülüb.
“Qafqazinfo” bu barədə “lenta.ru”ya istinadən xəbər verir.
Məlumata görə, faciə iyulun 26-da Taylak rayonunda müğənninin əri uşaqları görməyə gələn zaman baş verib.
Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.
Qeyd olunub ki, Zeboyi 3 uşaq anası olub. Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.