«Neftçi»nin yeni mövsümdə adını iştirak ərizəsinə dazil etməyəcəyi futbolçulardan birinin kimliyini dəqiqləşdirib.
Bu, Ryonosuke Ohoridir. Klubdan redaksiyamıza verilən məlumata görə, yaponiyalı yarımmüdafiəçi Peşəkar Futbol Liqasına sifariş olunmayacaq. Yəni, adıçəkilən legioner Premyer Liqa və ölkə kuboku uğrunda oyunlarda meydana ayaq basmayacaq.
Samir Abasov onun xidmətindən imtina edib. Son vaxtlar düşərgəyə bir neçə legioner qatan baş məşqçi bu dəfə yaponiyalı yarımmüdafiəçinin üstündən xətt çəkib.
Çalışdırıcı bu qənaətə Polşada gəlib. Bu ölkədə keçirilən təlim-məşq toplanışının gedişatı onda belə bir əminlik yaradıb.
Abasov hazırlıq prosesinə əsasən, asiyalıya yeni mövsümdə şans verməyəcəyini qətiləşdirib. Ohori artıq bu barədə məlumatlandırılıb. Yaponiyalıya özünə başqa komanda tapmaq tapşırığı verilib. Bakılılar onu icarəyə göndərməyə də hazırdır. Bir sözlə, yekun qərar özündən asılıdır - birdəfəlik ayrılması da, müvəqqəti getməsi də.
«Ağ-qaralar» asiyalını bu ilin yanvarında sıralarına qatıb. 24 yaşlı əcnəbi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. “Ağ-qaralar“ 18 nömrəli formanı geyinən futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlayıb.
Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.
Paytaxt təmsilçisi bu yay 14 nəfərlə vidalaşıb.
Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte «qara siyahı»da yer alıb.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta