“Neftçi”dən növbəti ayrılıq xəbəri almışıq. Əldə etdiyimiz məlumata görə, Samir Abasov Ryonosuke Ohorinin xidmətindən imtina edib. Son vaxtlar düşərgəyə bir neçə legioner qatan baş məşqçi bu dəfə yaponiyalı yarımmüdafiəçinin üstündən xətt çəkib. Çalışdırıcı bu qənaətə Polşada gəlib. Bu ölkədə keçirilən təlim-məşq toplanışının gedişatı onda belə bir əminlik yaradıb. Abasov hazırlıq prosesinə əsasən, asiyalıya yeni mövsümdə şans verməyəcəyini qətiləşdirib.
Paytaxt təmsilçisi bu yay 14 nəfərlə vidalaşıb.
Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte «qara siyahı»da yer alıb.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta