AZ

Kanada da Fələstini dövlət kimi tanıyacaq

Kanadanın baş naziri Mark Karni (Mark Carney) İsrailin Qəzzada tətbiq etdiyi hərəkətləri pisləyib və sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini "bir dövlət kimi tanıyacaqlarını" bəyan edib.

"Biz Fələstin dövlətini 2025-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında tanımağı planlaşdırırıq. Biz bunu etmək niyyətindəyik, çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb", - Karni mətbuat konfransında deyib.

On minlərlə fələstinlinin İsrail tərəfindən öldürüldüyünü, daha minlərlə fələstinlinin isə "aclığın astanasında" olduğunu bildirən Karni, "Kanada İsrail hökumətini Qəzzada vəziyyəti bu dərəcədə gərginləşdirdiyinə görə qınayır" deyib.

Karni, uzun illərdir iki dövlətli həllə sadiq olduqlarını vurğulayıb.

Kanadanın baş naziri Karni, İsrailin, Qərb Sahilinin ilhaqını tələb edən məskunlaşma planının sülh prosesini pozduğunu qeyd edərək, Qəzzada sürətlə pisləşən humanitar vəziyyətə və İsrail hökumətinin bölgəyə ərzaq və digər zəruri humanitar yardımların çatdırılmasına mane olmasına diqqət çəkib.

Fələstin prezidenti Mahmud Abbasın 2026-cı ildə ümumi seçkilər keçirmək öhdəliyini xatırladan Karni, Kanadanın fələstinlilərin ehtiyaclarını qarşılamaq üçün əlavə 30 milyon dollar, işğal altındakı İordan çayının qərb sahilində sabitliyi dəstəkləmək üçün əlavə 10 milyon dollar ayıracağını qeyd edib.

Qeyd edək ki, Fransa da Fələstini dövlət kimi tanıyacağını bəyan edib. 

Seçilən
30
5
marja.az

6Mənbələr