AZ

Kanada Fələstini dövlət kimi tanıyacaq

Kanada Qəzzada sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini bir dövlət kimi tanıyacaq.

Bunu Kanadanın baş naziri Mark Karni deyib.

“2025-ci ilin sentyabrında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırırıq. Bunu etmək niyyətindəyik. Çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb”, – Karni deyib.

On minlərlə fələstinlinin İsrail tərəfindən öldürüldüyünü və minlərlə fələstinlinin qıtlıq astanasında olduğunu bildirən Karni, Kanadanın İsrail hökumətinin Qəzzada vəziyyəti gərginləşdirməsini pislədiyini bildirib.

MənbəAPA
Seçilən
55
5
banker.az

6Mənbələr